Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın ixracı cüzi, idxalı isə kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ixracı cüzi, idxalı isə kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi məbləği 30 milyard 688 milyon 155 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 474 milyon dollar və ya 8,8% çoxdur.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin 11 ayına nəzərən 2019-cu ilin 11 ayı ərzində Azərbaycanın ixracı 384 milyon 610 min dollar və ya 2,1% artaraq  18  milyard 303 milyon 415 min dollar, idxalı isə 2 milyard 89 min dollar və ya 20,3%  artaraq 12 milyard 384 milyon 740 min dollar təşkil edib.

 

Ötən ilin 11 ayı üzrə  7 milyard 623 milyon 318 min dollar olmuş xarici ticarət saldosu bu ilin eyni dövründə  5 milyard 918  milyon 674 min dollar təşkil edib.

 

Noyabr ayında ixrac 1 milyard 947 milyon 893 min dollar, idxal  1 milyard 42 milyon 639 min dollar, saldo 905 milyon 254  min dollar təşkil edib.  

16.12.2019 14:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ