Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Xaricə daha çox neft satıb, daha az gəlir əldə etmişik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaricə daha çox neft satıb, daha az gəlir əldə etmişik

2019-cu ilin 11 ayı ərzində Azərbaycandan 14 milyard 6 milyon dollar dəyərində 29 milyon 129 min ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. “Marja” xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

 

Reklam_3_11

2018-ci ilin 11 ayı ərzində Azərbaycandan 14 milyard 621 milyon dollar dəyərində 27 milyon 143 min ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilmişdi. Beləliklə, bu qrup üzrə ixrac miqdar ifadəsində 7,3% artıb, məbləğ ifadəsində isə 4,4% (615 milyon dollar) azalıb. Qısası, keçən ildəkindən də çox neft satıb daha az gəlir əldə etmişik.

 

2018-ci ilin 11 ayı ilə müqayisədə 2019-cu ilin 11 ayı ərzində təbii qaz ixracından gəlir isə 822 milyon 561 min dollar artaraq 2 milyard 79 milyon dollar təşkil edib.

 

Azərbaycanın cari ilin 11 ayındakı cəmi 18 milyard 303 milyon dollarlıq ixracının 76.52%-i neftin, 11.36%-i təbii qazın hesabına formalaşıb.

17.12.2019 05:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ