Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Putin İlham Əliyevə məktub ünvanlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin İlham Əliyevə məktub ünvanlayıb

 Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

 

Məktubda deyilir:

 

“Hörmətli İlham Heydər oğlu.

 

Ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

 

Ötən iyirmi beş il ərzində biz Rusiya və Azərbaycan xalqlarını ənənəvi şəkildə bir-birinə bağlayan dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamağa, yeni, dövlətlərarası əsasda inkişaf etdirməyə nail olmuşuq.

 

Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir.

 

Əminəm ki, biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik. Bu, bizim dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında cərəyan edir.

 

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, Sizin bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq arzu edirəm”.

04.04.2017 11:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ