Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 40 milyon funt-sterlinq dəyərində yeni müqavilələr imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 40 milyon funt-sterlinq dəyərində yeni müqavilələr imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi ofisi Aberdində yerləşən “EnerMech” neft və qaz xidmətləri şirkəti Xəzər dənizi regionunda dəyəri ümumilikdə 40 milyon funt-sterlinq olan yeni müqavilələr imzalayıb.

 

Reklam_3_11

Bu barədə şirkətin yaydığı məlumatda deyilir. Bildirilir ki, Şotlandiya şirkəti Azərbaycanda kran əməliyyatları, istismarı və nəzarəti üzrə “BP Exploration (Caspian Sea) Ltd” şirkəti ilə üçillik müqavilə imzalayıb. Müqavilə yeddi platformalardakı aktivləri və 12 dəniz kranını əhatə edir.

 

“Amec-Tekfen-Azfen” konsorsiumu “EnerMech” şirkətini “Şahdəniz-2” qaz-kondensat yatağındakı iki platformada hidroyoxlama, flansın idarə olunması, kameraya baxış və gücləndirilmiş su partlayıcı qurğuların tam spektrini əhatə edən xidmətlər göstərmək üçün seçib.

 

“Bu, indiyə qədər Xəzər regionunda bizim ən uğurlu işimiz olacaq. Biz son beş il ərzində qoyduğumuz təməl indi dividend gətirir. BP ilə kranlar üzrə müqavilənin müddətinin uzadılması çox vacib haldır”, - deyə “EnerMech” şirkətinin Yaxın Şərq, Asiya və Xəzər dənizi üzrə regional direktoru Con Qay bildirib.

 

Qeyd edək ki, “Şahdəniz-2” platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və “Amec-Tekfen-Azfen” tikinti-quraşdırma sahəsində həyata keçirilib.

 

“Şahdəniz-2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.

 

Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə, qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropadakı alıcılara çatdırılacaq. Yataqdan gündəlik 120 min barrelədək kondensat hasil edilməsi nəzərdə tutulur.

 

© Azərtac

04.04.2017 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ