Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bugünkü əməkdaşlığın səviyyəsi bizi qane edə bilməz"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bugünkü əməkdaşlığın səviyyəsi bizi qane edə bilməz"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Ukrayna-Azərbaycan iqtisadi əlaqələrində istifadə olunmamış çox böyük potensial var".

 

“Marja” xəbər verir ki, bunu Dekabrın 17-də Bakıda keçirilmiş Azərbaycan-Ukrayna biznes forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib.

 

Əliyev, Bu gün biz bu barədə fikir mübadiləsi apardıq, gördük ki, bu il ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz" deyərək sözlərinə belə davam edib:

 

Xüsusilə Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, yəni bu, enerji daşıyıcıları əsasında formalaşır. Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək və bu məqsədlə bir neçə addım atılmışdır, o cümlədən keçən il Kiyevdə Azərbaycanın ticarət evi açılmışdır. Hesab edirəm ki, belə ticarət evlərinin sayı çox olmalıdır və bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açılmışdır. Bu da çox gözəl hadisədir.

 

Beləliklə, qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq. Eyni zamanda, hesab edirəm ki, biz sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə qədəm qoya bilərik. Son 15 il ərzində Azərbaycana 270 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayənin yarısı xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır, xarici investorların maraqları və buraya qoyulan vəsait dövlət tərəfindən qorunur. Ukraynada da investisiya iqlimi yaxşılaşır. Biz bunu görürük və böyük investisiyalarla, özəlləşdirmə ilə bağlı böyük planlar var. Bu barədə biz Prezidentlə danışdıq, hesab edirəm ki, Azərbaycan şirkətləri müxtəlif investisiya layihələrində fəal iştirak etməlidirlər. Biz razılaşdıq ki, gələn ilin əvvəlində Ukraynada hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək. Biz bu komissiyanın iclasına ciddi hazırlaşmalıyıq. İclasda həm dövlət qurumlarının, həm də özəl sektorun nümayəndələri iştirak etməlidirlər. Bu komissiyanın işinin konkret nəticələri olmalıdır və ondan sonra bizə məruzə edilməlidir.

 

Biznes dairələri çox həssasdır. Onlar adətən sərmayə qoyuluşu məsələlərinə çox böyük həssaslıqla, ehtiyatla yanaşırlar və dövlət qurumlarından müvafiq siqnallar gözləyirlər. Hesab edirəm ki, bizim Prezident Zelenski ilə bu biznes forumda birgə iştirakımız biznes dairələrinə ən gözəl siqnaldır. Hesab edirəm ki, onlar da bunu düzgün başa düşməli və nəticə çıxarmalıdırlar. Nəticə də o olmalıdır ki, bizim iqtisadi əlaqələrimiz daha sıx olsun. Əməkdaşlıq üçün çox geniş imkanlar vardır. Mən sərmayə qoyuluşunu qeyd etdim, eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada turizm sahəsində böyük imkanlar var. Bizim ölkələrimizin çox zəngin, füsunkar təbiəti, inkişaf etmiş infrastrukturu var, ona görə bu sahəyə də diqqət yetirilməlidir.

 

Kənd təsərrüfatında əməkdaşlıq uğurla davam etdirilə bilər. Bugünkü əməkdaşlığın səviyyəsi, əlbəttə ki, bizi qane edə bilməz. Bütövlükdə bütün sahələrdə biz əməkdaşlığa açığıq və hesab edirəm ki, səfərin bu məsələlərin həllində çox önəmli rolu olacaqdır.

 

Hesab edirəm ki,  biz qısa müddət ərzində həm ticarət dövriyyəmizi artıra, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilərik. Beləliklə, bu biznes forumun konkret nəticələri olacaqdır". 

17.12.2019 18:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ