Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avropada pərakəndə satışlar fevralda artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada pərakəndə satışlar fevralda artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Statistika Ofisinin (Eurostat) məlumatlarına görə, fevral ayında pərakəndə satışlar, yanvar ayına nisbətən 19 üzvlü Avro Bölgəsində 0,7 faiz artıb. Pərakəndə satışlar, 2016-nın fevral ayı ilə müqayisədə isə 1,8 faiz yüksəlib.
 


"Marja" xəbər verir ki, vahid valyuta ittifaqında pərakəndə satışların fevralda əvvəlki aya nisbətən 0,5 faiz və 2016-nın eyni dövrü ilə müqayisədə də 1 faiz artması gözlənilirdi.

Reklam_3_11


 
28 üzvlü Avropa Birliyində də pərakəndə satışlar fevralda yanvar ayı ilə müqayisədə 0,7 faiz və 2016-nın fevral ayı ilə müqayisədə isə 2,2 faiz yüksəlib.


 
Fevralda aylıq müqayisədə pərakəndə satışında ən çox artım görülən ölkə 3,1% ilə Portuqaliya olarkən, ən çox azalma görülən ölkə  0,8% ilə Malta olub.


 
İllik müqayisədə isə pərakəndə satışlarında ən çox artım görülən ölkə 16,8% ilə Sloveniya, həmin dövrdə pərakəndə satışlarında ən çox azalma görülən ölkə 3,2 faiz ilə Belçika olub.

04.04.2017 11:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ