Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda Ukrayna Ticarət Evi açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Ukrayna Ticarət Evi açıldı

Dekabrın 17-də Bakıda Ukrayna Ticarət Evi açılıb.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov iştirak ediblər.

 

Tədbirdə məlumat verilib ki, Ukrayna Ticarət Evi 2018-ci ilin aprelində təsis olunub. Logistik mərkəz və iqtisadi-ticarət məkanı rolunu oynayacaq Ukrayna Ticarət Evinin açılmasında məqsəd ölkələrimiz arasında işgüzar əlaqələrin, ikitərəfli ticarətin genişləndirilməsi, həmçinin, iş adamları arasında yeni əlaqələrin qurulmasına dəstək verilməsi, konsaltinq və digər kommersiya xidmətlərinin göstərilməsidir.

 

Ümumi sahəsi 1000 kvadrat metr olan ticarət evində mühəndislik, metallurgiya, kimya sənayesi, aqrar-sənaye, habelə yüksək texnologiyalı məhsulların istehsalı sahələri üzrə ixtisaslaşmış 30-dək Ukrayna şirkəti iştirakçı kimi çıxış edir.

 

Açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, Ukrayna Ticarət Evinin bu sahədə əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib və Ticarət Evinin işinə uğurlar arzulayıb.

 

Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, Ukrayna Ticarət Evinin biznes dairələri arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsinə əlavə imkanlar yaradacağını bildirib.

18.12.2019 09:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ