Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Fiat" və "Peugeot" birləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fiat" və "Peugeot" birləşdi

Fransanın "PSA Group" şirkəti ("Peugeot"nun istehsalçısı) və İtaliya-ABŞ şirkəti "Fiat Chrysler Automobiles NV" birləşmək barədə razılaşıblar. Birləşmə nəticəsində dünyanın ən böyük dördüncü avtomobil istehsalçısı yaranacaq. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, şirkətlər tərəfindən verilən açıqlamaya görə, Fransa və İtalya - ABŞ avtomobil istehsalçıları, yeni yaradılacaq şirkətdə bərabər (50/50) paya malik olacaqlar.

 

Birləşmə nəticəsində yaranacaq şirkət  "PSA"nın İcraçı direktoru Carlos Traves və "Fiat"ın idarə heyətinin sədri John Elkann tərəfindən idarə olunacaq.

 

Bu birləşmə nəticəsində yaranacaq yeni avtomobil istehsalçısı 46 milyard dollarlıq bazar dəyəri ilə "Ford Motor"u geridə qoyacaq. Həmçinin, "PSA" və "Fiat"  Almaniyanın "Volkswagen" şirkəti qarşısında güclənmək istəyirlər. 

 

Birləşmə prosesi azı 1 il çəkəcək. 

 

Bu sövdələşmə ildə 3,7 milyard avro vəsaitə qənaət etməyə, ildə 8,7 milyon ədəd avtomobil istehsal etməyə imkan verəcək. 

 

YATIRIM İNDİ DAHA RAHAT

18.12.2019 09:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ