Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan premium aqrar məhsullarını "Byjan" brendi ilə ixrac edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan premium aqrar məhsullarını "Byjan" brendi ilə ixrac edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan kənd təsərrüfatı məhsulları yeni "Byjan" brendi altında qablaşdırılmış şəkildə bir sıra ölkələrə ixrac olunacaq.

 

Reklam_3_11

Bunu "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

 

Onun sözlərinə görə, bu brend adı altında premium məhsullar Rusiya, ərəb ölkələrinin marketlərinə, Avropada fəaliyyət göstərən etnik mağazalara göndəriləcək.

 

"Məsələn, Azərbaycan istehsallı olan premium bal, zəfəran, yumurta, meyvə-tərəvəz, müəyyən ekzotik mürəbbələr və digər məhsullar ixrac olunacaq. Yeni brendin təqdimatı gələn ilin yanvar ayında nəzərdə tutulub", - deyə L. Məmmədova qeyd edib.

 

O həmçinin əlavə edib ki, bu ilin ortalarından "Kənddən Şəhərə" brendi altında  kənd təsərrüfatı məhsullarının xaricə ixracına başlanılıb. Məhsullar əsasən Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur: "Biz bu xəritənin genişləndirilməsində maraqlıyıq. Hədəfimiz odur ki, məhsulları Rusiya bazarına açıq şəkildə deyil, qablaşdırılmış formada ixrac edək. "Kənddən Şəhərə" layihəsi eksperimental layihəmiz idi, hansı ki, çox uğurla icra olunur. Bu, daxili bazara hədəflənən layihədir və onun çərçivəsində kiçik və orta fermerlər öz məhsullarını qablaşdırıb, pərakəndə satış məntəqələrində satışını təşkil edə blirlər".

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

18.12.2019 13:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ