Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Daşınmaz əmlakın icbari sığortasında 32%-dən çox azalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daşınmaz əmlakın icbari sığortasında 32%-dən çox azalma

2017-ci ilin birinci rübü ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 19452 sığorta müqaviləsi bağlanmışdır. İcbari Sığorta Bürosundan “Marja”ya daxil olmuş məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 5 684 385 manat təşkil etmişdir.

 

Reklam_3_11

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 12941-i yaşayış evləri və mənzillər, 124-ü inzibati binalar, 6387-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 21,8% artım, sığorta haqlarının məbləğində isə 32,1% azalma müşahidə edilmişdir.

 

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 969, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 31 sığorta müqaviləsi bağlanılmışdır.

 

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

04.04.2017 12:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ