Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Abşeron Logistika Mərkəzi beynəlxalq sertifikata layiq görüldü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Abşeron Logistika Mərkəzi beynəlxalq sertifikata layiq görüldü

Abşeron Logistika Mərkəzi ISO 9001:2015 beynəlxalq “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.

 

Reklam_3_11

Mərkəzdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, bu sertifikatın əldə edilməsi mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir.

 

Audit mərhələsinə hazırlıq üçün mərkəzdə işçi qrupu yaradılmış, üç illik strateji plan hazırlanmış, mərkəzin yeni təşkilati strukturu formalaşdırılmışdır. Fəaliyyət sahələri üzrə əsasnamələr, biznes proseslər, prosedur və işçi təlimatları hazırlanmış, mərkəzin texnikalarından istifadə səmərəliliyinin artırılması üçün texniki qulluq planları formalaşdırılmış, təhlükəsiz iş mühiti yaradılmışdır.

 

Növbəti mərhələdə “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən mərkəzdə audit keçirilmişdir. Audit qrupunun rəyinə əsasən, burada aparılan işlərin beynəlxalq standartlara uyğun həyata keçirildiyi bildirilmişdir.

 

Sertifikatın əldə edilməsində əsas məqsəd davamlı təkmilləşdirməni əsas tutaraq göstərilən xidmət keyfiyyətinin daha da artırılması və müştəri məmnuniyyətinin qazanılması olub.

 

Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara cavab verən logistik mərkəzdir. 65 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, anbar, nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə müştərilərə yüksək səviyyəli və operativ xidmət göstərilir.

19.12.2019 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ