Mobil manşet üstü reklam_21

“Parkovka yerləri pulsuz olsa da, hamısından pul yığılır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Parkovka yerləri pulsuz olsa da, hamısından pul yığılır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bir daha təsdiqlədi ki, hazırda Bakı şəhərindəki bütün parkovka yerləri pulsuzdur. Əgər kimlərsə pul yığırsa, bu qanunsuzdur və pul yığanların BNA-ya aidiyyatı yoxdur.  Ona görə pulsuzdur ki, bununla bağlı proseduralar və tariflər təsdiqlənməyib”.

 

Reklam_3_11

Bunu Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz feysbukda yazıb.

 

O. Gündüzün sözlərinə görə, real vəziyyətdə isə bütün parkovkalardan pul yığılır: “Bir neçə gün öncə də mən parkovkaların, ümumiyyətlə yol hərəkətinin tənzimlənməsi ilə bağlı ötən il imzalanan Prezident fərmanının müvafiq bəndlərinin indiyədək də icra olunmadığını yazmışdım.

 

BNA rəsmisi bildirir ki Prezident Fərmanının icrası ilə bağlı, parkovka yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Lakin Nazirlər Kabineti hələlik bununla bağlı hər hansı addım atmayıb.

 

O da maraqlıdır ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi sistemini tez bir zamanda qura bilirlər və dərhal da icrasına başlayırlar.
Yəni, Prezident fərmanının bu hissəsi dərhal icra edilib.

 

Amma qanuni parklama üçün BNA həmin fərmanla ona verilən səlahiyyətlərini yerinə yetirə bilmir, normal bir elektron sistem qurulmur və ya kimlərsə buna imkan vermirlər.

 

Əslində isə bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.
Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın, onların Nazirlər Kabinetinə təsir imkanları da yetərincədir və hər gün toplanan qanunsuz vəsaitlər də bu maraqlı şirkətlərin cibinə gedir”.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Qafqazinfo”

19.12.2019 11:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ