Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın xam neft ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 1,1 milyon barel (0,2%) azalaraq 446,8 milyon barelə gerilədiyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, bazar proqnozu ehtiyatların 1,3 milyon barel azalacağı istiqamətində idi. Kommersiya xam neft ehtiyatları bir əvvəlki həftə 0,8 milyon barel artmışdı.

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları  da keçən həftə dəyişməyərək 635 milyon barel səviyyəsində sabit qalıb.

 

Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları 2,5 milyon barel (1,1%) artaraq 237,3 milyon barelə yüksəlib. Bazar proqnozu benzin ehtiyatlarının 2,2 milyon barel artacağı istiqamətində idi. Benzin ehtiyatları bir əvvəlki həftə 5,4 milyon barel artmışdı.

 

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 308 min barel azalaraq 6,58 milyon barelə geriləyib, neft ixracı isə gündəlik ortalama 233 min barel artaraq 3,63 milyon barelə çatıb.

 

Söz mövzusu dövrdə ABŞ-da xam neft istehsalı isə gündəlik ortalama 7 min barel azalaraq təxminən 12,8 milyon barel səviyyəsində reallaşıb.

 

EIA-nın "Dekabr 2019"  hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının gələn il 13,2 milyon barel olacağı təxmin edilir.

19.12.2019 11:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ