“Gələn yaya qədər aviareyslərin sayını həftədə 3-4-ə çatdıra biləcəyik”
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu yaxınlarda Həştərxan nümayəndə heyətinin Azərbaycana işgüzar səfərinin nəticələrinə həsr edilmiş yekun mətbuat konfransı keçirib.
Bu haqda Həştərxan vilayətinin qubernatoru administrasiyasının mətbuat xidməti və informasiya idarəsinə məlumat verir.
Xatırladaq ki, Rusiyanın bu regionunun rəhbəri İqor Babuşkin Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib.
Qubernator Azərbaycan hakimiyyət orqanlarının nümayəndələri ilə də danışıqlar aparıb, Bakıda “Həştərxan işgüzar mərkəzi”nin tikintisinin gedişi ilə tanış olub. Görüşlərdə bir sıra məsələlərə dair, o cümlədən Həştərxandan Bakıya birbaşa aviareyslərin sayını artırmağın mümkünlüyü barədə razılaşma əldə edilib. Qubernator deyib: “Biz hesab edirik ki, qarşıdan gələn yay fəslinə qədər aviareyslərin sayını həftədə 3-4-ə çatdıra biləcəyik”.
Region rəhbəri qeyd edib ki, Həştərxan-Bakı marşrutu üzrə əlavə reyslərə ehtiyac var, çünki mövcud aviareysin yüklənmə dərəcəsi 85 faizdən yuxarıdır.
Vilayət rəhbərinin fikrincə, aviareyslərin sayının artırılması Həştərxan regionu ilə Azərbaycan Respublikası arasında iqtisadi və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Qubernator daha sonra bildirib ki, Azərbaycan tərəfi Həştərxan gəmi tərsanələrində tankerlər və quru yüklər daşıyan gəmilərin tikilməsi üçün sifarişlərin yerləşdirilməsi imkanını nəzərdən keçirəcək. Bundan əlavə, regionun rəhbəri bakılı həmkarlarına hər il Həştərxan Kremlinin təbii dekorasiyaları ilə açıq səma altında tamaşalar təşkil edilməsi ənənələrinə uyğun müştərək layihə həyata keçirməyi təklif edib.
Həştərxan vilayətinin başçısı bu planları şərh edərək deyib: “Biz opera və balet teatrlarına Bakıda açıq səma altında belə bir mədəni tədbir təşkil olunmasını təklif etdik. Ümumiyyətlə, hesab edirik ki, həm əmtəə dövriyyəsi, həm də humanitar sahədə bütün Xəzəryanı tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimiz yalnız genişlənəcək. Xüsusən ona görə ki, qarşıda bizi II Xəzər İqtisadi Forumu gözləyir. Biz bu tədbirə fəal hazırlaşırıq”.
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 29 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
2 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
2 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
5 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib