Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“MKT”nin baş direktoru müşavirdə Prezidentin suallarını cavablandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MKT”nin baş direktoru müşavirdə Prezidentin suallarını cavablandırdı

Müşavirədə “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov Prezident İlham Əliyevin "Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?" sualına cavab verərkən çaşdı. O, Prezidentin "Gələn il hansı məhsuldarlığı hədəfləyirsiniz? Demək olar indidən?" sualına da konkret rəqəmlə cavab verə bilmədi.


Xəbər verdiyimiz kimi, Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

“Marja” xəbər verir ki, müşavirədə “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov çıxış edərək deyib:

“MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafında qarşıya qoyulan hədəfləri uğurla yerinə yetirməkdədir. Belə ki, cari ildə 10 min fermerlə bağlanmış müqavilə əsasında 45 min 763 hektar sahədə pambıq əkilib, tədarük mövsümü ərzində kondisiya çəkidə ümumilikdə 145 min 800 ton xam pambıq tədarük edilib. Sizin tapşırığınızı əsas götürərək şirkətimiz yüksək məhsuldarlıq göstəricilərinə nail olmağı hədəfləyib, aqrotexniki tədbirlərin yüksək səviyyədə təşkili və vaxtında yerinə yetirilməsi hesabına hər hektardan 31,9 sentner orta məhsuldarlıq əldə edilib ki, bu, keçənilki nəticədən 4,6 sentner artıqdır.

Tədarük mövsümü ərzində qəbul edilmiş xam pambığın dəyəri olaraq bütün xərclər çıxılmaqla, fermerlərə ümumilikdə 44 milyon manatdan artıq vəsait ödənilib ki, bu da şirkətimizin əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması və məşğulluq səviyyəsinin artırılması istiqamətində ölkə iqtisadiyyatına verdiyi töhfənin bariz göstəricisidir.

Məlumat üçün bildirmək istəyirəm ki, hər hektara düşən mahlıc çəkisinə görə dünya ölkələrinin məhsuldarlıq göstəricilərinin sıralamasında şirkətimiz əldə etdiyi nəticə ilə Amerika, Hindistan, Özbəkistan kimi pambıqçılıqda söz sahibi ölkələrin nəticələrini geridə qoyaraq ilk onluqda qərarlaşıb. Bu, müəyyənləşdirilən strategiyanın, verilən tapşırıqların və onların icrasının düzgünlüyünün məntiqi nəticəsidir.

2019-cu ildə pambığın məhsuldarlığının yüksəldilməsi məqsədilə dövlətimizin dəstəyi sayəsində gübrələrin hər hektar üçün norması artırılıb. Fermerlərin və ərazi nümayəndələrinin təlimatlandırılması, onların işlərinin əlaqələndirilməsi üçün aqronomiya idarəetmə strukturu təkmilləşdirilib. Fermerlərlə müqavilə bağlanması zamanı GPS vasitəsilə sahələrin ölçülməsi və onların elektron xəritəsinin hazırlanması həyata keçirilib. Hazır məhsulun keyfiyyətinin yüksəldilməsi, emal gücünün və mahlıc çıxımının artırılması məqsədilə Bərdə, Beyləqan, Ağcabədi və İmişli pambıq emalı zavodları dövlətimizin verdiyi subsidiyadan yararlanaraq yenidən qurulub, xam pambıq və hazır məhsulun saxlanılması üçün infrastruktur yaxşılaşdırılıb.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mövsüm boyu pambıqçılıq daim diqqət mərkəzində olub, 10-a yaxın müşavirə keçirilərək şirkətin və fermerlərin problemləri yerində dinlənilib və həlli istiqamətində qətiyyətli addımlar atılıb ki, bu da əldə edilən nəticədə müsbət rol oynayıb.

Pambıq və pambıq məhsulları istehsalında innovativ yanaşmanın tətbiqi, yüksəkkeyfiyyətli gübrə və pestisidlərdən, ən müasir texnika və texnologiyadan istifadə edilməsinin, kadrların ixtisas səviyyəsinin artırılmasının nəticəsi olaraq şirkətimizin istehsalı olan pambıq məhsulları yüksək keyfiyyəti ilə xarici bazarlarda öz yerini tutub və bu, ölkənin xarici ticarət dövriyyəsində əksini tapıb. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin ilk 10 ayının nəticələrinə görə, qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqi siyahısında “MKT İstehsalat Kommersiya” MMC üçüncü yeri tutub. Şirkətimizin 10 ayda ixrac gəlirləri 50,5 milyon ABŞ dolları olub və ilin sonunadək bu rəqəmin 70 milyon ABŞ dollarını keçəcəyi gözlənilir.

Möhtərəm cənab Prezident, pambıqçılığa göstərdiyiniz xüsusi diqqət və qayğı ölkəmiz üçün ənənəvi olan bu kənd təsərrüfatı sahəsinin sürətli inkişafına təkan verib. 2020-ci ildə də “MKT İstehsalat Kommersiya” MMC öz ənənəsinə sadiq qalaraq ölkə üzrə nümunəvi göstəricilər əldə etməyi qarşısına hədəf qoyub. Biz artıq yeni mövsümə hazırlıq işlərinə başlamışıq. 2020-ci ilin pambıq əkini üçün 5807 fermerlə 27 min 231 hektar sahə üzrə müqavilə bağlanıb, 20 min hektardan artıq sahədə şum işləri aparılıb. Pambıqçılığın inkişafında qarşımıza qoyulan məqsədə nail olmaq üçün innovativ yanaşma, kadrların peşəkarlıq səviyyəsinin artırılması, pambıqçılığın daha yüksək inkişaf etdiyi ölkələrin təcrübəsinin öyrənilərək tətbiqi istiqamətində davamlı addımlar atmağı planlaşdırırıq. Bu il olduğu kimi, 2020-ci ildə də yeni növ pambıq toxumlarının təcrübə sahələrində əkilməsi, toxum sortlarının rayonlaşdırılmasının araşdırılması, damcı suvarma və tirəyə əkin kimi yeni metodların sınanması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində birgə işlərin həyata keçirilməsi nəzərdə tutulub. Əminəm ki, bu və digər addımlar tərəfinizdən daim göstərilən dəstək sayəsində pambıqçılığın inkişafı üçün qarşımıza qoyduğunuz məqsədlərə çatmaqda öz töhfəsini verəcək.

Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?

Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.

Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?

Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.

Prezident İlham Əliyev: Orada nə qədərdir məhsuldarlıq?

Rövşən Həsənov: Onlarda hər hektara mahlıc çəkisi ildən-ilə dəyişməklə 1300-1700 kiloqram arasında olur. Bu, ilk yeddinci yerə aiddir. Cənab Prezident, 1100 kiloqram və daha artıq ilk onluğa düşür.

Prezident İlham Əliyev: İndi yeni texnologiyalar, - artıq nazir də bu barədə danışdı, - sizdə də tətbiq olunur. Gələn il hansı sahədə onun tətbiqi nəzərdə tutulur?

Rövşən Həsənov: Cənab Prezident, bu, Çin texnologiyası və türk texnologiyası dediyimiz texnologiyalardır. Bərdə rayonunun Ləmbəran kəndində artıq bir sahə ayrılıb, orada damcı suvarma sistemləri qurulacaq. Həmin o iki sistemdən də orada təcrübə sahəsi olaraq bu il istifadə ediləcək.

Prezident İlham Əliyev: Yəni, gələn il də bu, elə pilot layihə kimi nəzərdə tutulur, yoxsa, artıq bunun əkin sahəsi genişləndiriləcək?

Rövşən Həsənov: Bu, bizim şirkət üçün pilot layihəsi olacaq, cənab Prezident. Biz, ondan əlavə, pivot suvarma sistemlərindən artıq üç ildən çoxdur istifadə edirik. İndi 4 min hektardan çox sahədə artıq hər il pivot suvarma sistemlərindən istifadə olunur.

Prezident İlham Əliyev: Dörd min, amma sizin əkin sahəniz 45 mindir. Yəni, 10 faiz ancaq pivotun altındadır. Onu da genişləndirmək lazımdır.

Gələn il hansı məhsuldarlığı hədəfləyirsiniz? Demək olar indidən?

Rövşən Həsənov: Cənab Prezident, istənilən halda məhsuldarlığımızın bu ildəkindən daha çox olmasını hədəfləyirik. Ən azı, yəni, bu il göstərilən hədəfin üzərinə çıxacağıq.

Prezident İlham Əliyev: Yaxşı.

20.12.2019 06:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ