Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bank VTB (Azərbaycan)-a yeni sədri təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB (Azərbaycan)-a  yeni sədri təyin olunub

Yevgeni Kirin bank VTB (Azərbaycan)-ın idarə heyətinə yeni sədr təyin olunub. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Yevgeni Kirin 15 ildən çox müddətdir ki, bank sahəsində çalışır. Bu dövr ərzində o, müxtəlif maliyyə təşkilatlarında rəhbər vəzifələrdə işləyib. 2010-cu ildən VTB qrupdadır, Azərbaycana təyinatından öncə bank VTB-nin Kursk şöbəsinə rəhbərlik edib.

 

O, 1979-cu ildə Orlov vilayətində anadan olub, “Maliyyə və kredit” ixtisası üzrə Orlov dövlət texniki universitetini bitirib. “Maliyyə, pul dövriyyəsi və kredit” ixtisası üzrə iqtisad elmləri namizədidir.

 

Strateji Təşəbbüslər Agentliyi və bir sıra dövlət orqanlarının ictimai şuraları çərçivəsində ictimai fəaliyyətlə məşğuldur.

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

04.04.2017 13:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ