Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xəzinə 10 milyon manat borc alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzinə 10 milyon manat borc alacaq

24 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106024752

Emissiya həcmi

10 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

23 iyun 2020-ci il, 22 dekabr 2020-ci il, 22 iyun 2021-ci il, 21 dekabr 2021-ci il, 21 iyun 2022-ci il, 20 dekabr 2022-ci il

Faiz gəliri

8.5 %

Ödəmə tarixi

20.12.2022

Anderrayter

Paşa Kapital İŞ

 QSC

 

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

20.12.2019 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ