Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

İstirahət günlərinə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərinə olan hava proqnozu açıqlandı

İstirahət günləri üçün hava proqnozu açıqlanıb. 

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

 

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək.

 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

 

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

 

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

 

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə duman olacaq.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.

20.12.2019 14:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ