“AtaBank”ın dəstəyilə mini-futbol yarışı başlayır

Bu gün “AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” və “Synergy Group” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib.

 

“AtaBank” ASC-nin Baş ofisində baş tutan tədbirdə Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov turnirin əhəmiyyətindən danışaraq, yeniliklər barədə məlumat verib.

 

O bildirib ki, ənənəvi yarışda bu dəfə ötən il olduğu kimi 12 deyil, 16 komanda mübarizə aparacaq. İbrahimov reqlament dəyişikliklərini də iştirakçı klubların rəsmilərinə çatdırıb. Belə ki, 2016-cı il istisna olmaqla, əvvəlki illərdə baş tutan turnirlərdə olduğu kimi 16 komanda püşkün nəticəsinə əsasən 4 qrupa bölünüb. Qruplarda ilk 2 yeri tutacaq kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.

 

Komandalara nəzər yetirsək, debütantların olduğunu da görmək mümkündü. Bunlar “Konsaltinq”, “Qalaaltı Hotel”, “Fifty Fine”, “CDB”, “AtaSport” və “Region” klublarıdır.

 

Buna baxmayaraq, qrup matçlarının gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki ötən ilki 1/4 finalçılar “MXD” ilə “Gobustone”, həmçinin “No Name”lə “VTB Plus” bu dəfə bir-birinə ilk mərhələdə rəqib olublar. Son çempion “VTB Bank” isə C qrupunda gücünü yoxlayacaq.

 

A qrupu

 

“MXD”

“Gobustone”

“AtaSığorta”

“Konsaltinq”

 

B qrupu

 

“No Name”

“VTB Plus”

“Qalaaltı Hotel”

“Fifty Fine”

 

C qrupu

 

“VTB Bank”

“AtaSport”

“Cybernet”

“First United”

 

D qrupu

 

“AtaTexnologiya”

“Synergetic”

“CDB”

“Region”

 

1/4 final

 

A1 – B2

B1 – A2

C1 – D2

D1 – C2

 

1/2 final

 

A1/B2 cütünün qalibi - C1/D2 cütünün qalibi

B1/A2 cütünün qalibi - D1/C2 cütünün qalibi

 

Üçüncü yer uğrunda

 

Yarımfinalların məğlubları

 

FİNAL

Yarımfinalların qalibləri

 

Çempionata aprelin 8-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək. Şənbə və bazar günlər keçiriləcək qrup mərhələsinin matçlarına 6 həftə sonra yekun vurulacaq.

 

Yarışda çempiona 4000, 2-ci yeri tutacaq komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

 

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

4 Aprel 2017 , 16:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin