Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

SOCAR-la “KazMunayQaz” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-la “KazMunayQaz” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Dekabrın 20-21-də Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

 

Reklam_3_11

“Marja” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Qazaxıstan şirkətinin rəhbərliyi və nümayəndə heyəti SOCAR-ın “Caspian Drilling Company” (CDC) MMC-nin dəniz təchizat və loqistika bazasında CDC şirkətinin rəhbərliyi ilə görüşüb. Hazırda SOCAR-ın CDC şirkəti öz bazasında “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçirir. “KazMunayQaz” rəhbərliyi qurğunun modernizasiya prosesi ilə tanış olub, məmnunluğunu ifadə edib.

 

Növbəti gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, habelə neft-qaz sənayesinin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Xatırladaq ki, “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernləşdirildikdən sonra, ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid-Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilə bilər. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

23.12.2019 07:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ