Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha 2 marşrutda gedişhaqqı vahid kartla ödəniləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 2 marşrutda gedişhaqqı vahid kartla ödəniləcək

Paytaxtda daha 2 marşrut xətti üzrə avtobuslarda gedişhaqqı vahid kartla ödəniləcək.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, BNA-nın tələbinə uyğun olaraq, daha 2 marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

 

Dekabrın 25-dən 39 nömrəli, ayın 26-dan isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə 39 və 202 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.

 

Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Eyni zamanda, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

23.12.2019 09:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ