Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Turizmə sərmayə qoyanlara güzəştlər ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizmə sərmayə qoyanlara güzəştlər ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsi yenidən işlənmiş formada müzakirəyə çıxarılıb.

 

Reklam_3_11

Komitə sədri Hadi Rəcəblinin sədrliyi ilə keçən iclasda layihə barədə məlumat verilib. Parlamentin sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev bildirib ki, qanun layihəsi 88 maddədən 70 maddəyə endirilib: “Bu sektorun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar nəzərdə tutulub. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf  strategiyası əksini tapıb”.

 

H. Rəcəbli bildirib ki, layihə təkmil formadadır: “Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan qaldırılmasına hesablanıb”.

 

 
Müzakirələrdən sonra layihə birinci oxunuşda plenar iclasa tövsiyə olunub.

 

© APA

04.04.2017 15:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ