Pul yardımı 73 minədək ailəni əhatə edəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2019-cu il tarixində “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.
Qeyd edilib ki, nazirlik tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək:
"Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
21 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
23 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 23 saat əvvəl