Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İki restoranın başı dərddə - MÜŞTƏRİSİ ZƏHƏRLƏNİB ÖLDÜ, YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki restoranın başı dərddə - MÜŞTƏRİSİ ZƏHƏRLƏNİB ÖLDÜ, YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

15:40 - “Baku Voice Rooms” restoranı adının zəhərlənmə hadisəsində hallanması ilə əlaqədar açıqlama yayıb.

 

Reklam_3_11

Restorandan "Marja"ya daxil olmuş açıqlamada deyilir:

 

"Faktla bağlı “Baku Voice Rooms” restoranına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mütəxəssislərinin iştirakı ilə baxış keçirilib, orada olan spirtli içki və qida məhsullarından nümünə götürülərək yoxlanılması üçün AQTA-nın mütəxəssislərinə təqdim olunub.

 

Aparılan araşdırmalar nəticəsində, zəhərlənmə “Baku Voice Rooms” restoranında baş vermədiyi məlum olub".


 

12:08 - Bakıda ölüm hadisəsi baş verib. Kişinin qəbul etdiyi spirtli içkidən zəhərləndiyindən şübhələnilir. 

 

Sekabrın 23-də hüquq-mühafizə orqanlarına Bayramov Sərxan Niyazi oğlunun zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəxanada ölməsi barədə məlumat daxil olub.

 

Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırmalar zamanı məlum olub ki, S.Bayramov qohumu Cəlal Həmzəyevlə birlikdə dekabrın 21-də Nərimanov rayon ərazisində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra Nəsimi rayon ərazisində “Baku City” restoranında müxtəlif spirtli içkilər və qida məhsulları qəbul ediblər. Daha sonra həmin şəxslər özlərini yaxşı hiss etməyiblər və S.Bayramov dekabrın 23-də Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb.

 

Nəticədə S.Bayramov müalicə aldığı Kliniki Tibbi Mərkəzdə ölüb, C.Həmzəyev isə ağır vəziyyətdə həkimlərin müşayiəti altındadır.

 

Zəhərlənmənin iki restorandan hansında baş verdiyi məlum deyil.

 

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

NAĞD PUL 17%-DƏN

 

© "Report"

24.12.2019 09:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ