Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Sabaha olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 12-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

24.12.2019 09:35

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ