Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Marqarin ilə məhsulların yağlılığını artıran müəssisə aşkar edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Marqarin ilə məhsulların yağlılığını artıran müəssisə aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan rayonu Aşağı Çəmənli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıyev Rizvan Arzuman oğluna məxsus süd və süd məhsulları istehsal edən müəssisədə yoxlama keçiriblər.

 

Reklam_3_11

Yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların yağlılığını süni şəkilə artırmaq üçün bitki tərkibli “Sun 23” və “Sania” əmtəə nişanlı marqarin yağından istifadə olunduğu aşkarlanıb.

 

Məhsulların heç bir laborator analizinin aparılmadığı və müşahidəedici sənədlərin alınmadığı, istehsal zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Eyni zamanda məhsul qablaşdırılarkən etiketlənməsi vacib olan məlumatlıardan istifadə edilmədiyi aşkarlanıb.

 

Yoxlama zamanı məlum olub ki, pendir və yağ istehsalı olan hissədə istehsal yeri texniki sənədlərin tələblərini əks etdirmir. Aşkarlanan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

24.12.2019 14:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ