Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan Avropa ölkələrinə ilbiz və qurbağa ayağı ixrac ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Avropa ölkələrinə ilbiz və qurbağa ayağı ixrac ediləcək

“Avropa İttifaqı (Aİ) ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır”.

 

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

 

Onun sözlərinə görə, artıq Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib.

 

“Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınır. Bundan əvvəl balıq kürüsünü Aİ-na ixrac edə bilirdik. Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib”, - deyə Agentlik rəsmisi qeyd edib.

 

E.Mikayılov onu vurğulayıb ki, AQTA sahibkarların müraciətini nəzərə alaraq, daha iki yeni məhsulun Avropa İttifaqına ixracı ilə bağlı danışıqlara başlayıb: “Son illər balın ixracında ciddi artım dinamikası bizə imkan verdi ki, orqanik balı Aİ-na ixrac edək. Sahibkarlar artıq potensial alıcıları müəyyən ediblər. Baldan sonra heyvan mənşəli yun və dərinin Aİ-na ixracı ilə bağlı danışıqlar aparılır. Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək”.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

25.12.2019 08:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ