Ən yuxarı statik reklam_3

"Layihələndirmə şirkətlərinin verdiyi sənəd ev tikintisi üçün hüquqi əsas vermir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Layihələndirmə şirkətlərinin verdiyi sənəd ev tikintisi üçün hüquqi əsas vermir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qanunsuz, sənədsiz tikililər problemi zaman-zaman cəmiyyətdə müzakirə olunan ən aktual mövzulardan biridir. Vətəndaşlar xüsusi mühafizə zolağında, yaxud kommunikasiya xətlərinin keçdiyi ərazilərdə evlər tikir. Əksər hallarda bu evlərin heç bir sənədi olmur. Bəzən isə hansısa şirkətin hazırladığı sənəd əsas götürülərək ev tikilir. Bu məsələdə vətəndaşların məlumatsızlığı da problem yaradır. Belə ki, ev tikmək üçün bir neçə sənəd tələb olunduğu halda, bir sənədlə vətəndaş ev tikdirir və nəticədə həmin sənədin heç bir hüquqi qüvvəsinin olmadığı üzə çıxır. 


Tikinti sahəsi üzrə ekspert, vəkil Vamiq Şükürov bildirib ki, layihə smeta bürolarının vətəndaşlara verdiyi sənəd, sadəcə olaraq, fərdi yaşayış sahəsi tikmək üçün qanunvericiliklə tələb olunan sənədlərdən biridir:

 

“Tikinti və Şəhərsalma Məcəlləsi tələb edir ki, fərdi yaşayış sahəsi tikilməmişdən əvvəl digər sənədlərlə birlikdə həmin evin layihəsi çəkilməlidir. Bu layihəni də Fövqəlada Hallar Nazirliyindən lisenziya alan layihələndirmə şirkəti verməli və təsdiq etməlidir. Vətəndaş torpağın mülkiyyət sənədini, notarial qaydada təsdiq olunmuş “kupça”sını, şəxsiyyət vəsiqəsini həmin layihə ilə birlikdə ərizəyə əlavə edib aidiyyəti üzrə rayon icra hakimiyyətinə göndərməlidir. İcra hakimiyyəti də həmin ərizəyə, layihəyə baxıb onun sənədlərinin qaydasında olub-olmadığını yoxlamalıdır. Yəni icra hakimiyyəti torpağın “kupça”sı varsa, layihə tikinti standartlarına uyğundursa, layihələndirmə sənədlərinə baxıb fikir bildirir, uyğunluğu müəyyənləşdirir. Əgər sənədlər uyğundursa, digər sənədlər də yerindədirsə, icra hakimiyyəti irad tutmursa, qanuna əsasən, 15 gün ərzində vətəndaş tikintini həyata keçirə bilər. Tikinti həyata keçirildikdən sonra isə bu sənədlərlə “kupça” ala bilər. Yəni bu sənədin mahiyyəti bundan ibarətdir”.

 

Vəkil qeyd edib ki, layihələndirmə şirkətlərinin verdiyi sənəd ev tikintisi üçün hüquqi əsas vermir:
“Bu, sadəcə olaraq, tikintini həyata keçirmək üçün qanunda tələb edilən sənədlərdən biridir, sadəcə olaraq layihələndirmə sənədidir, “kupça” sayılmır”.

25.12.2019 14:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ