Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BRİCS çökür

iç səhifə xəbər başlığı altı (mobil)_31
BRİCS çökür

 

2001-ci ildən etibarən qlobal iqtisadiyyatın "mühərriki" kimi səciyyələndirilən BRİCS ölkələrindən Rusiya və Braziliyadan sonra Cənubi Afrika da “investisiya edilə bilər” reytinqini itirib. Yerdə Çin və Hindistan qalıb.

 

“Marja” xəbər verr ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİCS  ölkələrinin "ulduzu" sönməyə başlayıb. 2001-ci ildən etibarən yüksək iqtisadi inkişaf nisbətlərilə qlobal iqtisadiyyatın "mühərriki" hesab edilən, 2008-ci il qlobal böhranının ardından iqtisadi artım sürətləri düşən BRICS-in indi də reytinqi düşür.

 

Rusiya və Braziliyanın ardından Cənubi Afrika da “investisiya edilə bilər” reytinqini itirib. Standard & Poor's, ölkədəki siyasi qeyri-müəyyənliyi əsas göstərərək reytiniqini "BB+" səviyyəsinə endirib. Mənzərənin də "mənfi" olduğu bildirilib.  Bu da reytinqin yenidən düşə biləcəyini göstərir. Cənubi Afrikanın reytinqi 17 il ərzində ilk dəfə "investisiya edilə bilər" səviyyəndən aşağı düşüb.

 

Fitch, Cənubi Afrikanın reytinqini "investisiya edilə bilər" səviyyəndən bir pillə, Moody's isə 2 pillə yuxarıda saxlayır.

 

BRICS-də kredit reytinqi salımnmayan Çin və Hindistan qalıb.

 

Hindistan 2014-ci ildən bu yana artım və iqtisadi sabitlik məsələsində göstərdiyi inkişafa baxmayaraq kredit reytinqinin "BBB-" səviyyəsində saxlayan Moody's və Standard & Poors-u tez-tez tənqid edir.

 

BRİCS ölkələrindən Rusiya və Braziliyanın reytinqi isə 2015-ci ildə "zibil"ə çevrilmişdir. Moskva, Suriyadakı siyasi rolu və xammal qiymətlərində baş verən ucuzlaşmalar səbəbindən "investisiya edilə bilər" reytinqini itirmişdi.

 

Braziliyanın isə Prezident Dilima Rousseffin çevrilişlə vəzifəsindən uzaqlaşdırılması nəticəsində reytinqi aşağı salınmışdır. 

 

ÖZ AGENTLİKLƏRİNİ QURACAQLAR

 

BRİCS ölkələri  2016-cı ilin Oktyabr ayında Hindistanda keçirdikləri iclasda öz kredit reytinqi agetliklərini yaratmaq qərarına gəliblər. Agentliyin inkişaf etmiş ölkələr üçün xüsusi qiymətləndirmə standartını hazırlayacağı bildirilmişdi. BRİCS tərəfindən 50 milyard dollarlıq sərmayə ilə birgə yaradılan Yeni İnkişaf Bankı (NDB) isə 2015-ci ilin İyul ayına Şanxayda rəsmi olaraq fəaliyyətə başlayıb. NDB-nin 100 milyard dollar sərmayəyə çatması məqsədi güdülür.

 

 HİNDİSTAN BİRİNCİDİR

 

Dünyanın inkişaf edən iqtisadiyyatlarından yaranan BRİCS ölkələrinin əhalisi, ümumi dünya əhalisinin  40%-dən çoxunu təşkil edir. PricewaterhouseCoopers-ə görə Çin, 2030-a qədər dünyanın ən böyük iqtisadiyyatı halına gələcək. Hindistan üçüncü olacaq. 2016-ci ildə Hindistan 7.4 faiz, Çin isə 6.7 faiz artıb. Cənubi Afrikanın böyümə nisbəti 0.28 faizdə qalıb.  Rusiya isə 2015-də 3.7 faiz geriləyib.

05.04.2017 06:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ