Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Günəşli” yatağında daha bir quyu qazıldı - 2850 m

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günəşli” yatağında daha bir quyu qazıldı - 2850 m

“SOCAR-AQŞ” şirkəti “Günəşli” yatağında 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2850 m olan 317 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırib. Bu barədə “Marja”ya şirkətdən bildirilib.

 

“Qeyd edək ki, müəssisə 7 saylı stasionar dəniz özülündə eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR-AQŞ Hong Hua ZJ 70/4500 DZ qazma qurğusu vasitəsilə özüldən 316, 318 və 317 nömrəli quyuları keyfiyyətlə qazaraq sifarişçiyə təhvil vermiş və hal-hazırda eyni ozüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan Bentec 3000 HP vasitəsilə ilk quyunun, 29 saylı quyunun qazılmasını uğurla davam etdirir.

 

Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir”,- Şirkətin məlumatında deyilir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir.  

 

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli”  yatağında yerləşən 7 və 11 saylı, “Ümid”  yatağının 1 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və “Bulla” yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

05.04.2017 07:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ