Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Expressbank-da UNEC tələbələri üçün açıq qapı günü keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Expressbank-da UNEC tələbələri üçün açıq qapı günü keçirildi

® Expressbank-da gənclərin yeni biliklər əldə etməsinə və bank fəaliyyəti ilə yaxından tanış olmağa yönəlmiş tədbirlərin keçirilməsi artıq ənənə halını almışdır. 

 

Reklam_3_11

Bu təşəbbüsün davamı olaraq 19 dekabr tarixində Bankda tələbələr üçün açıq qapı günü elan edilmişdi.

 

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan 4-cü kurs tələbələrin bilik, bacarıq, və təcrübə əldə etməsi baxımından bankın iş prosesi ilə tanış olmaları üçün Expressbank-da şərait  yaradılmışdı.

 

İnsanlar Resursları departamentinin əməkdaşları  tələbələri salamlayaraq, Expressbank-ın tarixi haqqında qısa məlumat təqdim etdi. Daha sonra hər bir şöbəyə tələbələr ilə birlikdə ziyarət edildi, iş prosesi ilə yaxından tanış olundu. Şöbə və departament nümayəndələri bank məhsul və xidmətləri, bankda iş təcrübəsi haqqında və karyera qurmaq üçün vacib olan amillər barədə təqdimat ilə çıxış etdilər. Görüşün sonunda qarşıdan gələn bayramlar münasibətilə tələbələrə Expressbank adından hədiyyələr təqdim edildi.

 

Tədbirin maraqlı məqamları ilə  https://www.youtube.com/watch?v=SUQhioSFC0A  linkdən tanış ola bilərsiniz.

26.12.2019 14:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ