Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bank daha bir sistemə qoşuldu - BEYNƏLXALQ KÖÇÜRMƏLƏR TAM NƏZARƏTDƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank daha bir sistemə qoşuldu - BEYNƏLXALQ KÖÇÜRMƏLƏR TAM NƏZARƏTDƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) ilə tərəfdaşlıq çərçivəsində müştərilərinə daha bir imkan yaradıb.

 

Bank SWIFT-in qlobal ödənişlərdə tətbiq etdiyi yeni inkişaf standartlarından  olan  SWIFT gpi sisteminə qoşulub.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bu sistem beynəlxalq köçürmələr zamanı fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını təmin edir.      

 

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bu yeniliyin beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük üstünlük olduğunu bildirib:

 

“Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirmələrinə gərək yoxdur. Müasir bankçılıq həllərindən olan SWIFT gpi sistemi beynəlxalq hesablaşmaları müştərilərimiz üçün asanlaşdırır. Yaxın gələcəkdə Azərbaycan Beynəlxalq  Bankının müştəriləri bu sistemin yeni imkanlarından da istifadə edə biləcəklər”.   

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

27.12.2019 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ