Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Amrahbank”da təlim keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrahbank”da   təlim keçirilib

 

 

28-31 mart 2017-cı il tarixilərində Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi üzrə növbəti təlimlər keçirilib.

 

Maliyyə mövzuları üzrə təlimlər Mərkəzi Bankın təcrübə proqramının iştirakçıları üçün nəzərdə tutulmuşdur.

 

"İlkin olaraq Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində, Əmanətlərin Sığortalanması Fondunda başlamış təlimlər, 30 mart 2017-cı il tarixində “Amrahbank”ın baş ofisində həyata keçirilib. Təlimdə iştirak edən 22 iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini bir daha təkmilləşdirdilər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, “Amrahbank”ın təşkilati strukturu, bank əməliyyatlarına aid aktual mövzular üzrə məlumatlar verilib. Tədbir maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi.. Sonda iştirakçılara hədiyyələr paylanıldı, xatirə foto şəkilləri çəkilib",- “Amrahbank”dan "Marja"ya bildirilib.

 

Onu da qeyd edək ki, “Amrahbank” ASC 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə aktiv iştirak edir.

 

Amrahbank rəhbərliyi inanır ki, Mərkəzi Bank tərəfindən maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr, gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevirilməsinə və ölkə iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfə olacaqdır.

05.04.2017 08:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ