Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarlara müraciət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarlara müraciət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) fermer və sahibkarlara müraciət edib.

 

Müraciətdə qeyd olunub ki, AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi zərərsizləşdirmə (dezinseksiya, dezinfeksiya, deratizasiya) üzrə xidmətləri həyata keçirir. Bildirilib ki, zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin  təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.

 

“Bildiririk ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Onlara qarşı öz imkanlarınız daxilində aparılan mübarizə tədbirlərində lazımı nəticə əldə etmək mümkün deyildir.  Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımına ehtiyac duyulur, belə ki, həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır. Mərkəzin mütəxəssislərinin yüksək peşəkarlığı, təcrübəsi, müasir maddi-texniki bazaya malik olması zərərsizləşdirmə (fumiqasiya) üzrə xidmətləri istənilən həcmdə, istənilən şəraitdə və miqyasda olan obyektlərdə həyata keçirməyə imkan verir”, - deyə müraciətdə vurğulanıb.

 

Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində sahibkarların müraciəti əsasında  236231 ton  dənli və dənli-paxlalı, texniki bitkilərin məhsulları, yemlər və digər məhsullar, 350248 m3 meşə materialları, 2709528 m3 istehsal və saxlanma yerləri fumiqasiya edilib.

 

Sahibkarlar operativ və keyfiyyətli fumiqasiya tədbirlərini həyat keçirmək məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (1652 çağrı mərkəzi) müraciət edə bilərlər.

 

Qeyd edək ki, fumiqasiya (zərərsizləşdirmə) tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr 260 nömrəli qərarı ilə təsdiq edilmiş ‘’Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydasına” uyğun olaraq həyata keçirilir. Fumiqasiya tədbirlərini KTN yanında AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən aparılır və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

27.12.2019 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ