Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Xalq Bankın 15 yaşı tamam oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq Bankın 15 yaşı tamam oldu

Bu gün ASC “Xalq” Bankın 15 yaşı tamam olur.

 

ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyası əsasında 27 dekabr 2004-cü il tarixdən fəaliyyətə başlamışdır.

 

Bankın yaydığı məlumatda bildirilir ki, yarandığı gündən etibarlılığı və sabitliyi ilə seçilən Xalq Bank öz müştərilərinə dürüstlük və şəffaflıq, etimad, hörmət, çeviklik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma prinsipləri əsasında müasir, əlverişli xidmət və məhsullar təqdim edir. Ötən 15 il ərzində bank böyük və şərəfli yol qət edərək ölkənin aparıcı bankları sırasında öz yerini tutub. Bu zaman kəsiyində Xalq Bankın qazandığı ən böyük nailiyyət isə müştərilərin dərin hörməti və sonsuz etibarıdır.

 

Hazırda Xalq Bank 9-u paytaxtda, 21-i ölkəmizin bölgələrində olmaqla, ümumilikdə 30 filialı özündə birləşdirən universal bankdır.

 

“Bu illər ərzində Xalq Bank əsas maliyyə göstəriciləri üzrə sabit artım nümayiş etdirir və ölkənin bank sektorunun liderlərindən biridir. Bank yüz minlərlə müştəri, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin flaqmanları olan tərəfdaşlara, eləcə də peşəkar, dərin bilikli və işinə sadiq əməkdaşlardan ibarət güclü komandaya malikdir. Xalq Bank müştəri və tərəfdaşlarının hər birinə inam və etimada görə dərin minnətdarlığını bildirir, gələcəkdə onlarla birlikdə yeni-yeni uğurlara imza atacağını əminliklə bildirir.

 

ASC “Xalq” Bankı Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci ilin gəlişi münasibətilə təbrik edir!”,- Bankın məlumatında bildirilir.

27.12.2019 11:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ