Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"PAŞA Bank"dan adının reperin həbsi ilə bağlı hallandırılmasına reaksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank"dan adının reperin həbsi ilə bağlı hallandırılmasına reaksiya

“Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır”.

 

Bu barədə Bankın açıqlamasında bildirilir.

 

Açıqlamada qeyd edilir ki, “PAŞA Bank” ASC adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin ümumiyyətlə həqiqətə uyğun olub-olmamasına dair məlumatlara malik deyil: “Şəxsin Bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik.


Bankımızın adının bu cür qeyri-dəqiq, Bankın işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik.


Kütləvi informasiya vasitələrini, istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri dəqiq məlumatların və ya şayiələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyirik”

 

Rəsmi məlumata görə, ötən gün "Paster" ləqəbli reper Pərviz Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

 

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

27.12.2019 17:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ