Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“EasyPay” bu banka 326 min manat ödəməlidir - MƏHKƏMƏ QƏRARI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“EasyPay” bu banka 326 min manat ödəməlidir - MƏHKƏMƏ QƏRARI

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Yelo Bank” ASC-nin (keçmiş Nikoyl Bank) “EasyPay” MMC-yə qarşı 326 min 484 manat 72 qəpik pul tələbinə dair iddiaya baxılıb.

 

Hakim Leyla Əliyeva iddianın təmin edilməsi barədə qərar çıxarıb.

 

Qərara əsasən, “Easypay” MMC-dən əsas borc və faiz daxil olmaqla ümumilikdə 326.484,72 manat, həmçinin 30 manat dövlət rüsumu tutularaq “Yelo” ASC-yə ödəniləcək.

 

Qeyd edək ki, tərəflər arasında müqaviləyə əsasən, “EasyPay “ MMC ödəmə terminalları vasitəsilə ödəyicilərdən yığılan bank kreditlərinin və istənilən digər ödənişlərin yığılması, yığılan vəsaitlərin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmət göstərməli idi. Lakin iddiada qeyd edilir ki, “EasyPay” MMC müqavilənin şərtlərini pozaraq, müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırıb.

 

Bu səbəbdən də bank məhkəməyə müraciət edib. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

28.12.2019 07:49

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ