Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AMEA-nın I vitse-prezidentləri seçildi - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMEA-nın I vitse-prezidentləri seçildi - YENİLƏNİB

AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.

 

Reklam_3_11

 Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb. O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər. 

 

Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.

 

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi də müəyyənləşib.

 

Yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik Ümumi yığıncağında məlumat verib.

 

O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir. Həmin şəxslər bunlardır:

 

- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev

- Birinci vitse-prezident akademik İsa Həbibbəyli

- Birinci vitse-prezident akademik İbrahim Quliyev

- Vitse-prezident akademik Tofiq Nağıyev

- Vitse-prezident akademik Dilqəm Tağıyev

- Vitse-prezident akademik Nərgiz Paşayeva

- Vitse-prezident akademik İradə Hüseynova

- Vitse-prezident akademik Rasim Əliquliyev

- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov

- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev

- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev

Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib. 

 

XXX

 

AMEA-nın illik ümumi yığıncağında Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

 

Bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.

 

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

 

Təklif qəbul edilərək namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

 

Səsvermə üçün akademiyanın üzvləri fasiləyə çıxıb.

 

XXX

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı başlayıb.

 

Iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş Nazirin müavini Şahin Mustafayev, Təhsil naziri Ceyhun Bayramov, Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edirlər.

 

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

 

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

 

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report”

28.12.2019 11:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ