Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Şəmkirin istehsal və ixrac şirkətində geriləmə - ADI İLK ONLUQDAN ÇIXDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəmkirin istehsal və ixrac şirkətində geriləmə - ADI İLK ONLUQDAN ÇIXDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İstixana və açıq sahə məhsullarının istehsalı ilə məşğul olan “Food Export Şəmkir” MMC-də işlərin yolunda olmadığına dair işarə var.

 

“Marja” xəbər verir ki, 2018-ci ildə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluğa daxil olan şirkətin adı bu il onluqda yoxdur.

 

“Food Export Şəmkir” MMC-nin ixracı 2017-ci ildə 20,2 milyon dollar ikən 2018-ci ildə 34 milyon dollara yüksəlmişdi. Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Food Export Şəmkir”  təmsil olunmur. Onluqda hər birinin 11 aylıq ixracı 22 milyon dollardan yüksək olan şirkətlər təmsil olunub. Ya “Food Export Şəmkir”in ixracı 22 milyon dollardan azdır, ya da şirkət ixracını dayandırıb.

 

ŞƏMKİRDƏ BÖYÜK AQRAR KOMPLEKSDİR

 

"Food Export Shemkir" MMC Şəmkir rayonunun Dəllər Cəyir kəndində fəaliyyət göstərir. Şirkət istixanalara, meyvə bağlarına malikdir. Həmçinin şirkət Şəmkir və digər rayonlardakı istehsalçıların meyvə-təvərəz məhsullarını qablaşdıraraq Rusiyaya ixracı ilə məşğul olurdu.

 

2017-ci ilin Fevral ayında dövlət qeydiyyatın alınmış və 10 manat nizamnamə kapitalı olan “Food Export Şəmkir” MMC-nin qanuni təmsilçisi Hüseynov Tahir İslam oğludur. 

28.12.2019 10:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ