Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əmək müqavilələrinin sayında böyük artım - NAZİR RƏQƏMİ AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək müqavilələrinin sayında böyük artım - NAZİR RƏQƏMİ AÇIQLADI

“2019-cu ildə həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıbdır. Müsbət haldır ki, onların böyük hissəsi 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb”.

 

Reklam_3_11

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib.

 

Nazirin sözlərinə görə, bu il ölkədə əmək haqqı fondunun 43 faiz, median əmək haqqının 52 faiz artması çox böyük göstəricidir. Median əmək haqqının 52 faiz artması 800 min insanın əmək haqlarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir, yəni kölgə iqtisadiyyatının daralmasının göstəricisidir.

 

S.Babayev qeyd edib ki, cari ildə qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük dəstəyi var, 161 min əmək müqaviləsi artımı ilə həmçinin büdcəyə gələn vəsait artır, bununla da nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitlər gəlir və nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artır.

28.12.2019 14:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ