Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yeni yaradılan quruma İcraçı direktor təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni yaradılan quruma İcraçı direktor təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla Valeh Hüseynovun Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru təyin edilməsi haqqında əmr imzalayıb.

 

Reklam_3_11

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Marja"ya daxil olmuş məlumata görə, V.Hüseynov 1998-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1999-cu ildə Respublika Onko-Hematoloji Mərkəzində Kiçik elmi işçi kimi Onko-Hematoloq vəzifəsində başlayıb. 2000-ci ildə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda elmi işçi, 2001-ci ildən Mərkəzi Klinik Xəstəxanada hematoloq, 2003-cü ildən Xəstəxananın Hematologiya və Onkologiya bölməsi və Qan Bankının müdiri vəzifələrində çalışıb. 2009-cu ildən sözügedən xəstəxananın Terapiya Mərkəzinin müdiri, 2015-2017-ci illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib. 

 

O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. V.Hüseynov çoxsaylı elmi məqalələrin müəllifidir. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 23 dekabr tarixində ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə TƏBİB-in tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

29.12.2019 07:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ