Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Müşfiq” və “Zabrat” yarımstansiyaları istifadəyə verildi - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Müşfiq” və “Zabrat” yarımstansiyaları istifadəyə verildi - YENİLƏNİB

Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları istifadəyə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyalarda görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib.

 

Bildirilib ki, 2018-ci ilin sentyabrından ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq dərhal icrasına başlanılıb. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlılığını təmin edib inkişafa nail olmaqla yanaşı, 800 meqavatdan artıq “itirilmiş” gücü bərpa etməkdir. Bu günə qədər 400 meqavat itirilmiş güc artıq bərpa olunub.

 

Diqqətə çatdırılıb ki, “Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Ötən ildən başlayaraq mövcud 87 yarımstansiyadan ikisində yenidənqurma işləri artıq başa çatdırılıb, 20-dək yarımstansiyada isə bu tədbirlər davam edir. 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları da ən müasir standartlar səviyyəsində yenidən qurulub. Silsilə tədbirlər sayəsində “Müşfiq” və “Zabrat” yarımstansiyalarının dayanıqlılığı, etibarlılığı və təhlükəsizliyi təmin olunub.

 

Prezident İlham Əliyev “Müşfiq” yarımstansiyasını işə salıb.

 

Dövlətimizin başçısına 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyasında aparılan yenidənqurma tədbirləri barədə də məlumat verilib.

 

Bildirilib ki, bu energetika qurğusunun gücü 160 meqavoltamperə çatdırılıb.

 

Prezident İlham Əliyev “Müşfiq” yarımstansiyasından SCADA Dispetçer İdarəetmə Sistemi vasitəsilə “Zabrat” yarımstansiyasını da işə salıb.

29.12.2019 13:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ