Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Gəncədə 6 hektarda yaşayış kompleksi tikiləcək, mənzillər güzəştli satılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncədə 6 hektarda yaşayış kompleksi tikiləcək, mənzillər güzəştli satılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vətəndaşların güzəştli mənzillərlə təmin olunması məqsədilə Gəncə şəhərində də yaşayış kompleksi tikiləcək.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlayıb.

 

Məbləği 225 min 475 manat olan müqavilə “Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması”nın nəzərdə tutur.

 

"MİDA" MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması üzrə satınalmalarla əlaqədar açıq tenderi Avqust ayında elan etmişdi.

 

Həmçinin Noyabr ayında “MİDA” MMC Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2 lot üzrə  açıq tender elan edib.  Lot-1  "10, 11 və 12 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi"ni, Lot-2 isə 1170 şagird yerlik orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsini nəzərdə tutur. Tender təklifi zərflərinin açılışı tarixi 27 dekabr 2019-cu il müəyyən edilmişdi.

29.12.2019 14:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ