Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Prezident 12 milyard manatlıq büdcəni təsdiq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident 12 milyard manatlıq büdcəni təsdiq etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” imzalayıb.

 

“Marja” xəbər verir ki, Fərman ilə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88 min manat, xərcləri isə 11 milyard 589 milyon 910 min manat məbləğində təsdiq edilib.

 

Müqayisə üçün qeyd edək ki, Fondun 2019-cu il büdcəsinin gəlirləri 15 milyard 450 milyon149 min manat, xərcləri isə 11 milyard 595 milyon 238 min manat məbləğində təsdiq edilmişdi. 

 

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 Sıra

 №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

10 563 404,5

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri

4 692,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

19 380,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 031 271,7

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

765 340,0

 

Cəmi

12 384 088,2

 

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

200 000,0

3.2.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

11 350 000,0

3.3.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

10 000,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

29 910,3

 

Cəmi

11 589 910,3

 

Fərman ilə, “2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilib. Həmçinin  “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilib.

29.12.2019 15:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ