Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank manatın məzənnəsi müəyyənləşdirəcək başlıca amili açıqladı – GƏLƏN İL ÜÇÜN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank manatın məzənnəsi müəyyənləşdirəcək başlıca amili açıqladı – GƏLƏN İL ÜÇÜN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaqdır”.

 

“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

 

Bəyanatda qeyd eilib ki, manatın məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaqdır. Hesablamalara görə, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının artırıcı təsiri daha yüksəkdir.

 

“Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaqdır. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədiyə balansının vəziyyəti olacaqdır ki, bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq, onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaqdır. Xarici valyuta təklifi mənbələrinin diversifikasiyası, habelə dövlət tərəfindən valyuta təklifi və tələbinin effektiv tənzimlənməsi qarşıdakı dövrdə də valyuta bazarında uzunmüddətli tarazlığın əsas təminatçısı kimi çıxış edəcəkdir.

 

Mərkəzi Bank tələb-təklif nisbətini hamarlamaq üçün valyuta bazarına müdaxilə hüququnu özündə saxlayır. Növbəti ildə də Mərkəzi Bank valyuta bazarına müdaxilələri məhdud həcmdə və sayda həyata keçirilməklə fundamental və konyunktur amillər əsasında formalaşan meyilləri nəzərə alacaqdır. Mərkəzi Bank valyuta bazarının likvid və şəffaf olmasını, onun özünütənzimləmə rejimində çalışmasını təşviq edəcəkdir. Növbəti ildə də müdaxilə əməliyyatlarının həcmi və valyuta ehtiyatları barədə məlumatlar ictimaiyyətlə mütəmadi paylaşılacaqdır”,- bəyanatda deyilir.

 

HƏMÇİNİN OXU:Mərkəzi Bankdan 2020-ci il üçün BƏYANAT

 

Azərbaycan Mərkəzi Bankın məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti (artıqlığı) 4 milyard 167 milyon dollar təşkil edib. Başqa sözlə, beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan valyutanın həcmi xaricə çıxan valyutanın həcmini kəskin üstələyib, nəticədə ölkəmizin valyuta ehtiyatları 4 milyard 167 milyon dollar artıb. Bu, hazırda devalvasiya üçün əsas olmadığını göstərir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

30.12.2019 04:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ