Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gələn il Mərkəzi Bank 8 dəfə faiz dərəcələrinə baxacaq - TARİXLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn il Mərkəzi Bank 8 dəfə faiz dərəcələrinə baxacaq -  TARİXLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ildə Mərkəzi Bankın pul siyasətinə həsr olunan  8 iclası keçiriləcək.

 

“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

 

Bəyanatda qeyd edilib ki, pul siyasətinin son məqsədinə çatmaq üçün Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrindən aktiv istifadə edəcəkdir. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi durum və risklər balansında baş verən dəyişikliklər, model qiymətləndirmələri əsasında işlənmiş proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir. 2020-ci ildə də pul siyasətinə həsr olunan məsələlər 8 dəfə olmaqla müntəzəm müzakirə ediləcəkdir. Pul siyasəti qərarlarının qəbulunda Mərkəzi Bankda mövcud model çantası və proqnozlaşdırma aparatından istifadə ediləcəkdir. Proqnozlar müxtəlif ssenarilərdə olmaqla qlobal mühitdə vəziyyət, real sektorda proseslər, büdcə-vergi və iqtisadi siyasətin digər istiqamətləri üzrə qərarların mümkün təsirləri haqqında məlumatlar əsasında tərtib ediləcəkdir. Faiz dəhlizinin parametrləri tənzimlənərkən pul siyasətinin transmissiyası, inflyasiya hədəfinə nail olma perspektivləri ilə yanaşı, milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasyon artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaqdır. Mərkəzi Bankda mövcud olan müxtəlif daxili kollegial orqanlar pul siyasəti qərarlarını maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı siyasəti üzrə qərarlarla effektiv əlaqələndirməyə imkan verəcəkdir.

 

Uçot dərəcəsinin trayektoriyasının inflyasiya hədəfi nəzərə alınmaqla müəyyənləşdirilməsi və vaxtında adekvat pul siyasəti qərarlarının qəbulu inflyasiyanın hədəfdən yayınma ehtimalını minimallaşdırmağa imkan verməlidir. Daxili və xarici risklərin reallaşmaması, bazarda gözlənilməz dəyişikliklərin baş verməməsi şəraitində 2020-ci ildə neytral faiz siyasəti ilə inflyasiya fonu üzərində nəzarəti itirmədən tam məşğulluğa və iqtisadi artıma maksimum dəstək həyata keçiriləcəkdir. İnflyasiya risklərinin aktivləşməsi halında isə faiz siyasətinin sərtləşmə istiqamətində dəyişməsi də mümkündür. Ümumiyyətlə, pul siyasətinin istər pulun dəyəri, istərsə də pulun kəmiyyəti hesabına izafi yumşaldılması masştablı neqativ nəticələrə gətirib çıxara bilər. Məcmu tələbin artım tempinin iqtisadiyyatın istehsalı genişləndirmək imkanlarının artımını qabaqlaması inflyasiyaya yol aça bilər. Bunu nəzərə alaraq Mərkəzi Bank inflyasiya risklərinin qiymətləndirilməsi və qərarların qəbulu zamanı konservativ mövqedən çıxış edəcəkdir.

 

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən operativ istifadə edəcək. Bu alətlər üzrə kəmiyyət parametrləri aralıq hədəflərə nail olunması vəziyyətindən asılı olaraq çevik dəyişdiriləcəkdir.

 

Mərkəzi Bankın çərçivə və açıq bazar əməliyyatları növbəti ildə də banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaradacaqdır. Mərkəzi Bank pul siyasəti alətləri ilə həm də pul bazarının aktivləşməsinə və gəlirlilik əyrisinin formalaşmasına dəstək verəcəkdir. Maliyyə bazarının dərinləşməsində və pul siyasətinin transmissiya mexanizminin effektivliyinin yüksəldilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank 2020-ci ildə də özünün emissiya etdiyi müxtəlif müddətli notlardan aktiv istifadə edəcəkdir. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Ümumilikdə, alət arsenalının optimallaşdırılması və pul siyasətinin transmissiya effektinin artırılması üçün səylər gücləndiriləcək, bazar faizlərinə təsir imkanlarının artırılması üçün tədbirlər görüləcəkdir. Qısamüddətli alətlər banklararası pul bazarında qısamüddətli faizlərin faiz dəhlizi daxilində formalaşmasını dəstəkləyəcəkdir. Uzunmüddətli alətlər isə bank sektorunda struktur likvidliyinin tənzimlənməsinə imkan verməlidir. Qısamüddətli faiz dərəcələrinin uzunmüddətli faizlərə təsirinin artırılması yollarının araşdırılması da davam etdiriləcəkdir. Monetar alətlərlə həmçinin iqtisadiyyatda vəsaitlərin axınının optimallaşdırılması və pula tələbin dəyişməsinə qarşı likvidliyin yetərli çevikliyə sahib olması hədəflənəcəkdir.

 

Mərkəzi Bank şəffaflığın yüksəldilməsi və pul siyasətinin effektiv kommunikasiyasını növbəti ildə də xüsusi diqqətdə saxlayacaqdır. İnformasiya açıqlığı siyasəti çərçivəsində pul siyasətinin məqsədi, prinsipləri, tədbirləri və nəticələri, eyni zamanda iqtisadi vəziyyətin qiymətləndirilməsi və inkişaf perspektivləri ilə bağlı maksimum operativ və tam açıq məlumatların verilməsi təmin olunacaqdır.

 

Mərkəzi Bankın qərar və niyyətlərini aydın kommunikasiya etməsi inflyasiya gözləntilərini idarə etmək üçün təsirli alətdir. İnflyasiya gözləntiləri həm cari inflyasiyanın dinamikasına, həm də iqtisadiyyatdakı faiz dərəcələrinə təsir göstərir. Aşağı inflyasiya gözləntiləri iqtisadiyyatın daxili və xarici risklərə qarşı davamlılığını artırır, iqtisadi artım və sosial rifah məqsədlərinə çatmaq üçün əlverişli şərait yaradır. Mərkəzi Bank özünün kommunikasiyası ilə ev təsərrüfatları və müəssisələrin inflyasiya gözləntilərini stabilləşdirməyə və inflyasiya hədəfinə uyğunlaşdırmağa çalışacaqdır.

 

HƏMÇİNİN OXU: Mərkəzi Bankdan 2020-ci il üçün BƏYANAT

 

2020-ci ildə də öncədən açıqlanmış qrafiklə pul siyasəti qərarları müvafiq şərhlərlə birlikdə ictimaiyyətin müzakirəsinə təqdim ediləcək, müntəzəm (ildə 4 dəfə) mətbuat konfransları keçiriləcəkdir. Mərkəzi Bankın qərarlarının səbəbləri və atılan addımlar barədə ətraflı məlumat bazar iştirakçılarına qərar qəbul edildikdən dərhal sonra veriləcəkdir. Kommunikasiya kanalları dairəsinin genişləndirilməsi diqqətdə saxlanılacaqdır.

 

Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki

 

2020-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:

31 yanvar

19 mart

1 may

19 iyun

30 iyul

18 sentyabr

30 oktyabr

18 dekabr

 

Qeyd olunan tarixlərdən 31 yanvar, 1 may, 30 iyul və 30 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.

30.12.2019 05:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ