Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Ucuz və uzunmüddətli kreditlər üçün hökumətlə birgə təşəbbüslər göstəriləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ucuz və uzunmüddətli kreditlər üçün hökumətlə birgə təşəbbüslər göstəriləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət 2020-ci ildə gücləndiriləcəkdir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

 

Bəyanatda bildirilir ki, maliyyə vasitəçiliyinin inkişafı istiqamətində Mərkəzi Bankın fəaliyyəti iqtisadi artımın effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılmasına hədəflənəcəkdir.

 

Real sektor müəssisələrinin, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzun müddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün hökumətlə birgə təşəbbüslər göstəriləcək. Qeyri-maliyyə sektorunda korporativ idarəetmənin geniş tətbiqi, kreditorların hüquqlarının qorunması mexanizminin gücləndirilməsi növbəti ildə də biznes kreditləşməsinin genişlənməsinin mühüm şərtlərindən olacaqdır.

 

Faiz dərəcələrinin azaldılması tədbirləri ilə bağlı 2020-ci ildə Mərkəzi Bankla bank ictimaiyyəti arasında fəal dialoq davam etdiriləcəkdir. Ölkədə nağdsız ödənişlərin genişlənməsi ilə kreditləşmənin resurs mənbələrinin artırılması, maliyyə bazarlarının bütün seqmentlərinin davamlı inkişafı, banklarda əməliyyat xərclərinin optimallaşması növbəti ildə də faiz dərəcələrinə azaldıcı təsir göstərən amil olacaqdır.

 

Maliyyə xidmətlərinə əlyetərliyin paytaxtdan kənarda da artırılması məqsədi ilə kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaqdır. Bankların, habelə poçt sistemi daxil olmaqla bank olmayan kredit təşkilatlarının regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması istiqamətində tədbirlər görüləcəkdir.

 

HƏMÇİNİN OXU: Mərkəzi Bankdan 2020-ci il üçün BƏYANAT

 

İnnovativ maliyyə alətlərinin tətbiqinin yayılması, mobil texnologiyaların bank sisteminə daha geniş inteqrasiyası kredit institutlarının əməliyyat xərclərinin, borcalanların isə vaxt itkisinin və inzibati xərclərinin aşağı salınmasına imkan verəcəkdir. Bu da öz növbəsində bazar subyektlərinin maliyyə xidmətlərinə sürətli çıxışının təmin olunması və borcun qiymətinin ucuzlaşması baxımından əhəmiyyətlidir.

30.12.2019 05:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ