Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır”.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq ölkədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcəkdir.

 

Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri "Ani ödəniş sistemi”nin yaradılması olacaqdır. Bu sistemin yaradılması ilə biznes strukturları, fiziki şəxslər və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması mümkün olacaqdır.

 

Ödəniş xidmətləri üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi işləri də 2020-ci ildə davam etdiriləcəkdir. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun və ondan irəli gələn hüquqi aktların qəbulu istiqamətində işlər görüləcəkdir. Rəqəmsal ödənişlər sahəsində tənzimləyici test rejiminin tətbiqi imkanları qiymətləndiriləcək və "Baza bank xidmətləri paketi” layihəsi təşviq olunacaqdır. Ödəniş ekosistemində yerli və beynəlxalq maliyyə institutlarının fəaliyyətinin təhlili, tətbiq edilən məhsulların qiymətləndirilməsi aparılacaqdır.

 

Maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların tətbiqi, o cümlədən agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçılarının assosiasiyasının yaradılması nəzərdə tutulur.

 

Rəqəmsal bankçılıq və rəqəmsal ödəniş texnologiyaları sahəsində innovativ həllərin tətbiqi, risklərin daha operativ idarə edilməsi məqsədi ilə tənzimləyici çərçivədə zəruri dəyişikliklər aparılacaqdır. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi təşviq olunacaqdır.

 

Müasir ödəniş sistemlərinin yaradılması ilə bərabər ümumi texnoloji inkişaf məsələləri də diqqətdə saxlanılır. Mərkəzi Bank ölkədə pilot olaraq ilk dəfə Blokçeyn texnologiyasına əsaslanan və bank sektorunun inkişafı üçün mühüm olan Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsini həyata keçirməkdədir. Layihə nəticəsində müştəri-bank münasibətlərinin rəqəmsallaşması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılması üzrə biznes proseslər avtomatlaşacaqdır. Eyni zamanda, 2020-ci ildə innovativ maliyyə texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə açıq bankçılıq prinsip və standartlarının yaradılması prioritet olaraq seçilmişdir.

 

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bütün dünyada olduğu kimi, Azərbaycanda da kiber təhlükəsizlik məsələlərini aktuallaşdırır. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən kiber təhdidlərə qarşı adekvat tədbirlərin görülməsi 2020-ci ildə də təmin ediləcəkdir.

 

Elektron ödəniş xidmətlərinin istifadəsi üzrə maarifləndirmə səviyyəsinin yüksəldilməsi istiqamətində səylər gücləndiriləcəkdir. Aidiyyətı dövlət qurumları ilə əməkdaşlıqda tədris müəssisələrində şagird və tələbələrə elektron ödəniş xidmətlərindən istifadə üzrə zəruri biliklərin öyrədilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

30.12.2019 06:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ