Mobil manşet üstü reklam-3_21

Azərbaycanın boya şirkəti cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın boya şirkəti cərimələnib

Bakı Apellyasiya Məhkəməsində "Rəmzi-S" MMC-nin (Sobsan boyaları) cərimə edilməsi ilə bağlı məhkəmə qərarından şirkətin direktoru Orxan Allahverdiyevin şikayətinə baxılıb.

 

Hakim Habil Məmmədovun sədrliyində olan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və şirkətin 3 min 659 manat 88 qəpik cərimə edilməsi barədə qərar qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Rəmzi-S” MMC-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

 

Binəqədi Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

“Rəmzi-S” MMC 1999-cu ildə SOBSAN ticarət markası ilə faəliyyətə başlayıb.

 

MMC "DuPont" və "Troy Corporation" kimi şirkətlərin bölgə distributorudur. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

30.12.2019 08:42

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ