Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Rusiyadan Azərbaycana göndərilən pullar azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan Azərbaycana göndərilən pullar azalıb

Rusiyadan Azərbaycana pul köçürmələri 2016-cı ildə 739 mln. ABŞ dolları təşkil edib. Rusiya  Mərkəzi Bankının statistikasına görə, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 87 mln. dollar və ya 10,5% azdır.

 

Ötən il Azərbaycana həyata keçirilən hər bir köçürmənin orta məbləği 354 dollar təşkil edib. Bu isə əvvəlki ilin analoji göstəricisinə nisbətən 100 dollar və ya 22% azdır.

 

Qeyd edək ki, Azərbaycandan Rusiyaya köçürmələr illik müqayisədə 85 mln. dollar və ya 49,4% azalaraq 2016-cı ildə 172 mln. dollara düşüb.

 

Nəticədə, Rusiyadan Azərbaycana xalis pul köçürmələri 2016-cı ildə 566 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 3 mln. dollar və ya 0,53% azdır.

 

Ümumiyyətlə, Rusiyadan MDB ölkələrinə xalis pul köçürmələri 2016-cı ildə 7,282 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 97 mln. dollar və ya 1,35% çoxdur. Ən çox köçürmə 2015-ci ildə olduğu kimi Özbəkistana (2,442 mlrd. dollar) həyata keçirilib.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında isə RF-dən MDB ölkələrinə xalis pul köçürmələri 227 mln. dollar təşkil edib.

 

© Report

05.04.2017 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ